"Su xəttini kənd sakinləri öz şəxsi ciblərindən cəkməlidir..." - Qazax rayon Daş Salahlı kənd icra nümayəndəsi belə deyir...

Qazax rayon Daş Salahlı kənd  N.Nərimanov küçəsinin sakinləri ATİA.AZ-a müraciət edərək yaşadıqları küçədə  11  ildir ki, su  sarıdan problem yaşadıqlarını bildirirlər. ATİA.AZ olaraq məsələni yerində araşdırmağa çalışdıq.  Yerli sakinlərin məsələ barədə fikirlərini öyrənməyə çalışdıq. Məlum oldu ki, həqiqətən Qazax rayon Daş Salahlı kənd  N.Nərimanov küçəsinin sakinləri 11 ildir  su sarıdan əziyyət çəkirlər, təəssüflər olsun ki, dəfələrlə olunan müraciətlərə baxmayaraq məsələ günü bu gün də həllini tapmayıb.
Sakinlərin dediyinə görə bu barədə Kənd icra nümayəndəsi Tahir müəllimə dəfələrlə müraciət etsələr də,  kənd icra nümayəndəsi  cavabında  bildirib ki,  "su xəttində su var,  əgər sudan əziyyət çəkirsinizsə,  zəhmət çəkin gedin cibinizin xərciylə  düzəldin".
Bu problemlə bağlı kənd bələdiyyə sədri Asif müəllimlə əlaqə saxladıq, Asif müəllim bizə bildirdi ki, "su bələdiyyənin tabeliyində deyil, 
 birbaşa kənd icra nümayəndəsi Tahir müəllimin tabeliyindədi".
Təsəvvür edirsiniz: "Kənd icra nümayəndəliyinin yox, birbaşa Tahir müəllimin!!! "
Elə bu cavabdan kənddə Tahir müəllimin hegomon mövqeyini anlamaq çətin deyil.
Kənd icra nümayəndəsi Tahir müəllimin (Hüseynli Tahir Namiq oğlu)  "şəxsən özü" ilə əlaqə saxladıq. Tahir müəllimə şikayətlə bağlı sual ünvanladıq, Tahir müəllim cavabında onu bildirdi ki,  "bəli,  xəttdə su var olmağına,  amma həmin sakinlərə su cəkməyə bizim gücümüz catmır. Nə yaxşı 15 - 20 manat verib evlərinə su maşınıyla su gətizdirə bilirlər, özlərinə su xətti cəkə bilmirlər? Hesablasınlar: hərəsinə nə qədər pul düşür, zəhmət çəksinlər getsinlər özlərinə su çəkdirsinlər."
 Bu bir məmurun cavabıdır, yəqin ki, bu cavab da özü özlüyündə müəyyən qaranlıq məsələlərə aydınlıq gətirir... Fikrimizcə bu Dövlətlə Xalq arasında uçurum yaratmağa çalışan bir məmur cavabıdır...
Ümumiyyətlə, Daş Salahlı kənd sakinlərindən İcra Nümayəndəsi Tahir müəllim haqqında heç bir müsbət fikir söyləyən olmadı (bəlkə də bizə rast gəlmədi). Kimi dindirdiksə dedi ki, Tahir müəllim gələndən kəndə qənim kəsilib.
ATİA.az saytı olaraq bizim özümüzə də çox maraqlıdır: - "Su xəttini kənd sakinləri öz şəxsi ciblərindən  cəkməlidir,  yoxsa kənd icra nümayəndəliyi bu işlə məşğul olmalıdır?"
Ölkə rəhbəri dəfələrlə qeyd edib ki, "məmur xalqın xidmətçisidir!!!" Bəs Tahir müəllim özündə "PADŞAHLIQ" keyfiyyətlərini hansı güclərin hesabına formalaşdırıb?  Tahir müəllim görəsən kimə və ya nəyə arxayındır ki, özünü xalqın ağası hesab edir? Bəs rayon rəhbərliyi bu haqda niyə bir tədbir görmür? Elə bütün məsələlərlə Cənab Prezidentmi məşğul olmalıdir? Əgər belədirsə onda yerli rəhbər QURUMLARın işi nədən ibarətdir?

İnanırıq ki, aİdiyyatİ qurumlar bu suallara cavab tapacaq və "pul gözünü örtmüş" xırda məmurlar barədə ciddi  ölçü götürəcəklər!!!


Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
 Elnur Quliyev, ATİA.AZ


Tarix: 24-03-2021, 16:59 Oxunub: 1 095


Bölməyə aid digər xəbərlər