Azərbaycanda maska tələbi bu tarixdə ləğv oluna bilər - AÇIQLAMA



"Rahatlıqla deyə bilərik ki, epidemioloji vəziyyət nəzarət altındadır. Artıq qərar verə bilərik ki, müəyyən yumşaldılmalara gedilməsi mühümdür və önəmlidir".
 
ATİA.AZ   xəbər  verir ki, bu sözləri "ARB24"də yayımlanan "Nə Baş Verir?" verilişində qonaq olan Milli Məclisin üzvü Müşfiq Məmmədli bildirib.
"İstər quru sərhədlərin açılması, istərsə də qapalı məkanlarda maska tələbinin götürülməsi hazırda daha çox müzakirə olunur və ictimaiyyət tərəfindən də bu, tələb şəklindədir. Yoluxma sayını və epidemioloji vəziyyəti analiz etsək, əminliklə demək olar ki, bu məhdudiyyətlərin aradan götürülməsi istiqamətində addım atmaq olar", - deyə Müşfiq Məmmədli əlavə edib.


Tarix: 20-04-2022, 14:05 Oxunub: 171


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı