Gələcəyimizi birlikdə düşünək və narkomaniyaya “yox” deyək!

  Gələcəyimizi birlikdə düşünək və narkomaniyaya “yox” deyək! 
 Narkomaniyanın qarşısının alınmasının əsas məqsədi sağlam mühit və sağlam gələcək yaratmaqdır. Buna görə də cəmiyyətdə və yaxın ətrafımızda sağlam həyat tərzini təbliğ etmək, zərərli vərdişlərə profilaktik tədbirlər görmək lazımdır. Çünki sağlamlıq insanın yalnız xəstə olmaması deyil, eyni zamanda onun fiziki, psixi və sosial rifahıdır. İnsan üçün dünyada ən əziz varlıq həyatdır, həyatda ən vacib amil isə sağlamlıqdır. Sağlamlıq dedikdə yalnız fiziki sağlamlıq deyil, həmçinin psixoloji sağlamlıq nəzərdə tutulur. Bunun üçün valideyn və övlad arasında düzgün münasibətlərin qurulması, düzgün qidalanma, iş və asudə vaxtın səmərəli təşkili, idmanla məşğul olmaq və şəxsi gigiyenaya fikir verilməsi kimi əsas məqamlara xüsusi diqqət yetirmək gərəkdir. Narkotik maddə təkcə onu qəbul edən adamı məhv etmir, onun ailə üzvlərinin də sağlamlığına mənfi təsir göstərir.
    Şəxsiyyətin formalaşması üçün cəmiyyət nə qədər önəmli faktor olsa da, insanın cəmiyyətə atılmazdan əvvəl aldığı ilkin tərbiyə, şüurunda həkk olunan öyüd-nəsihət və oturub-durduğu mühit onun sonrakı yolunun müəyyənləşməsində mühüm əhəmiyyət kəsb edir.
 
 Qərb-Resurs VCİD İctimai Birliyinin sədri Ramil Göyüşov özünün sosial şəbəkə hesabında  paylaşdığı məlumatda  bildirib ki, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə Qərb-Resurs VCİD İB "Gənclər Narkomaniyaya Qarşı" adlı layihəsi çərçivəsində 2022 ci il martın 1,2,3 və 4-ü tarixlərində Qazax, Ağstafa, Tovuz və Şəmkir rayonlarında təlimlər keçirmişdir.

Təlimdə 500 nəfərə yaxın Universitet, kollec tələbələri və yuxarı sinif şagirdləri iştirak etməklə narkomaniyanın zərərləri haqqında zəruri biliklər əldə etmişlər.
Biz də hamılıqla bu tədbiri alqışlayır və narkomaniyaya yox deyirik!!!


















Tarix: 5-03-2022, 18:27 Oxunub: 598


Bölməyə aid digər xəbərlər