Azərbaycanda övladlığa götürmə qaydası DƏYİŞDİRİLİR


Azərbaycanda övladlığa götürmə qaydasına dəyişiklik təklif edilir.
Atia.az-ın xəbərinə görə, bununla bağlı Ailə Məcəlləsinə dəyişiklik təklif olunur.
Dəyişikliklə Məcəllənin 118.20-ci bəndi yeni redaksiyada verilir: “Uşağın övladlığa götürülməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sisteminə ötürülür”.
Məcəllənin hazırkı bəndi isə belədir: “Məhkəmə uşağın övladlığa götürülməsi barədə qətnamənin qüvvəyə mindiyi gündən 3 (üç) gün müddətində bu qətnamədən çıxarışı müvafiq icra hakimiyyəti orqanına göndərməyə borcludur”.


Tarix: 17-12-2021, 12:39 Oxunub: 250


Bölməyə aid digər xəbərlər