Qazax rayonunun Çaylı kəndində Yaponiya səfirliyinin maliyyə dəstəyi ilə, Azərbaycan respublikası Səhiyyə nazirliyinin və Qazax rayon İcra Hakimiyyətinin birgə razılığı əsasında Qərb-Resurs Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi tərəfindən tibb məntəqəsi üçün yeni inzibati binanın yaxın günlərdə istifàdəyə veriilməsi planlaşdırılır. Artıq binanın istilik sistemi, iç tavan işləri yekunlaşıb. Hazırda son daxili kosmetik işləri aparılır.
8145 nəfərlik Çaylı və 1246 nəfərlik Bala Çaylı kəndlərinin kəsişməsində yerləşən bu tibb məntəqəsi ümümilikdə 8391 nəfərin istifadəsi üçün nəzərdə tutulub.
Bu ərazinin yaxın ətrafında təmir işləri üçün Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə örtük vasitələri gətirilib və yaxın vaxtlarda yerə döşənəcək.
Bölməyə aid digər xəbərlər