13:34 / 12-11-2024
COP29 ilk uğura imza atdı
"Rəmişə heç kim maddi yardım etmir, vəziyyətləri pisdir"

Xəbər verdiyimiz kimi, Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) səhhətində ciddi problem var.
ATIA.AZ xəbər verir ki, bu haqda aparıcı Elgiz Əkbər "Elgizlə izlə" verilişində gitara ifaçısından danışarkən məlumat verib. O bildirib ki, Rəmişin xanımı Gülü maddi sıxıntı çəkdiyini deyib:
"Yazıblar ki, kimsə Rəmişə sahib çıxıb, imkanlı adamlar kömək edir. Vəzifəli şəxsin qohumu gəlib, müəyyən köməklik edib. Amma bütün müalicəsini boynuna götürməyib. Gülü xanım deyir ki, vəziyyət pisdir, çatdırmıram. İynələr alınmalıdır. Ətrafda xəbər dolaşır ki, guya maddi yardım edilir. Onu görən başqaları da kömək etmir. Pis vəziyyətdədir. Çatdıra bilmirəm".
Qeyd edək ki, həkim musiqiçiyə qaraciyər transplantasiyası ediləcəyini deyib.


Tarix: 27-01-2021, 18:49 Oxunub: 244


Bölməyə aid digər xəbərlər
25-01-2021, 12:30 Rəmişin son halı - FOTO
2-01-2021, 12:52 Rəmişdən xəbər var