Əməkdar artist aparıcı ilə dalaşdı və efirdən getdi - VİDEO

Əməkdar artist Sevinc Əliyeva “Space” telekanalında yayımlanan “Hər səhər” proqramında küsüb və studiyanı tərk edib.
Axşam.az xəbər verir ki, buna səbəb aparıcı Anar Vaqifoğlunun ona plastik əməliyyatla bağlı ünvanladığı sual olub.
Aparıcı israrla aktrisanın ayaqlarında plastik əməliyyat etdirdiyini, hətta yenidən estetik müdaxiləyə hazırlaşdığını deyib.
S.Əliyeva isə bunları şayiə adlandırıb. O bildirib ki, heç vaxt əməliyyata müraciət etməyib:

“Mənim ayaqlarım əyri olmayıb, əməliyyata ehtiyac duymamışam. Düz ayaqlarım var. Hər zaman da qısa geyinmişəm. İndi də heç bir plastik əməliyyat etdirməyi düşünmürəm. Çəkilişlərim var, necə edə bilərəm? Məni boğaza yığdın”.
Aparıcı isə onu əməliyyat edəcək plastik cərrahı telefonla efirə bağlayacağını deyib. Aktrisa əsəbiləşərək studiyanı tərk edib.
[video=]


Tarix: 29-07-2020, 15:18 Oxunub: 228


Bölməyə aid digər xəbərlər