Ötən gün erməni Teleqram kanallarında İrəvan supermarketlərindən birində guya azərbaycanlı hərbçilərin alış-veriş etdiyini əks etdirən foto yayılıb. Bildirilib ki, onları Ermənistanın xüsusi xidmət orqanları müşaiyət edib.
Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti yayılan məlumatları təkzib edərək, fotodakı hərbçilərin iranlı olduğunu açıqlayıb.
“İranlı hərbçilər İrəvana işgüzar səfərə gəlib və təbii ki, digər nümayəndə heyətləri ilə olduğu kimi, onları da hərbi polis əməkdaşları müşayiət ediblər”, — nazirlikdən bildirilib.
Qeyd edək ki, Ermənistan MN-in faktı təkzib edərək, marketdəkilərin iranlı hərbçilər olduğunu açıqlamasının özü diqqət cəlb edir. İranlı hərbçilər (əgər onlar rəsmi nümayəndələr deyilsə və adi zabitlərdirsə) İrəvanda nə gəzir və İrəvan küçələrində nə axtarırlar? İran əsgərlərinin Ermənistana “işgüzar səfəri”nin məqsədi nədir və bu barədə niyə rəsmi açıqlama verilməyib?
Bölməyə aid digər xəbərlər