13:34 / 12-11-2024
COP29 ilk uğura imza atdı
Rusiya MN-nin saytında Dağlıq Qarabağ respublika kimi təqdim olundu

Rusiya Müdafiə Nazirliyinin rəsmi veb-saytında (mil.ru) yerləşdirilən xəbərin başlığında Dağlıq Qarabağ respublika kimi təqdim olunub.

Yeniavaz.com xəbər verir ki, nazirliyin saytında yerləşdirilən xəbərə "Hərbi sülhməramlı həkimlərin səhra briqadaları DQR-nin yaşayış məntəqələrində 1100-dən çox sakinə yardım göstərdilər” ("Выездные бригады военных врачей-миротворцев оказали помощь более 1100 жителям в населенных пунктах НКР”) başlığı qoyulub. 

Qeyd edək ki, xəbərin başlığındakı DQR - Dağlıq Qarabağ Respublikasının abreviaturasıdır (sözün baş hərflərini saxlamaqla düzəldilən forma).

Xəbərdə bildirilir--  "Rus sülhməramlıları Dağlıq Qarabağın ucqar yaşayış məntəqələrində hərbi həkimlər üçün çoxfunksiyalı həkim qrupları yaradıblar. Son bir gündə Rusiya hərbi həkimləri Martuni bölgəsinin  50-dən çox sakininə tibbi yardım göstərdilər. Ümumilikdə, Rusiya hərbi həkimləri 135 uşaq daxil olmaqla 1100-dən çox Dağlıq Qarabağ sakininə yardım göstərdilər".


Tarix: 6-01-2021, 09:27 Oxunub: 872


Bölməyə aid digər xəbərlər