Şuşa - Azərbaycan xalqı üçün milli qürur və ləyaqət nümunəsi, mədəniyyətimizin beşiyi, doğma torpağımızın hər bir diyarı kimi müqəddəs məkan, Vətən parçası və bütöv Azərbaycan xəyalımızın ilk addımıdır!
ATİA.AZ xəbər verir ki, Qarabağın “Kiçik Parisi” adlandırılan Şuşa şəhəri 8 noyabr 2020-ci il tarixində Prezident, Ali Baş komandan İlham Əliyevin başçılığı və şanlı ordumuzun qətiyyətli mübarizəsi ilə düşmən tapdağından azad edildi. Qarabağda, o cümlədən Şuşada sosial iqtisadi həyatın yenidən bərpa olunması istiqamətində bir çox addımlar atılır və quruculuq işləri həyata keçirilir. Şuşada ilk çörək və şirniyyat mağazası “Azcake” MMC-nin açılışından sonra Bakı şəhərində və bölgələrdə fəaliyyət göstərən “Bolmart” supermarketlər şəbəkəsinin Şuşa şəhərində ilk filialı açılıb. Hər iki müəssisənin açılmasına dövlət dəstəyi İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən yerinə yetirilib.
Şuşada “Bolmart” marketin filialının açılmasının birbaşa təşəbbüskarları son 10 ildə pərakəndə sektoruna yeniliklər gətirən və bu sahəni inkişaf etdirən, o cümlədən ölkə sərhədlərini aşan ilk supermarket layihəsinin də rəhbərliyini həyata keçirən Turan Özbahceci və Eşqin İsmailli olub.
2021-ci ildə 21-ci filialı ilə “Bolmart” market Şuşa şəhərində fəaliyyət göstərəcək. Yalnız Şuşada deyil, Qarabağın digər ərazilərində, o cümlədən Hadrutda da “Bolmart”ın növbəti filialının açılışı planlaşdırılır.
“Süfrəniz bol olsun” sloqanı ilə fəaliyyət göstərən “Bolmart” marketlər şəbəkəsinin əsas məqsədi Azərbaycanın, eləcə də Qarabağın hər bir nöqtəsində vətəndaşların yüksək xidmət və üstün keyfiyyətlə qeydinə qalmaqdır:
"Məqsədimiz Şuşanı yenidən dirçəltmək və Azərbaycanı dünyanın ən gözəl ölkəsinə çevirməkdir".
Bölməyə aid digər xəbərlər