"Sevgililər günü"ndə hava necə olacaq?

    Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir, yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, şimal-şərq küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq.

     Havanın temperaturu gecə 2-4° isti, gündüz 5-7° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunu olacaq. Nisbi rütubət 75-85 % olacaq.

     Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti, dağlarda gecə 8-13° şaxta, gündüz 0-5° şaxta olacaq.

    Bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.


Tarix: 13-02-2025, 13:13 Oxunub: 759


Bölməyə aid digər xəbərlər
22-07-2020, 19:41 Sabah yağış yağacaq
7-02-2025, 13:20 Şənbə gününün havası
26-01-2022, 15:21 Sabah qar yağacaq - PROQNOZ