Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin keçirdiyi tender müsabiqəsinə yekun vurulub.
Belə ki, tender respublikanın bir sıra təhsil müəssisələrində əsaslı təmir işlərinin satınalınması ilə bağlı idi. Tenderin qalibi “Mühəndislik Tikinti Təchizat” MMC olub. Tərəflər arasında imzalanacaq satınalma müqaviləsinin dəyəri 6 milyon 983 min 738 manatdır.
Bununla yanaşı ötən ayın 22-də qalib şirkət eyni İdarənin 1 milyon 659 min 783 manatlıq, ötən ayın 4-də isə 4 milyon 511 min manatlıq tenderini udub.
Qeyd edək ki, “Mühəndislik Tikinti Təchizat” MMC 2019-cu ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Mahmudov Habil Fərhad oğlu, nizamnamə kapitalı 2 min 110 manatdır. Şirkət ilə idarə arasında imzalanan üç müqavilənin dəyəri 13 milyon 154 min 521 manat təşkil edib.
Bölməyə aid digər xəbərlər