Dima Bilan Bakıda konsert verəcək

     Rusiyanın Əməkdar artisti, “Avroviziya 2008” beynəlxalq mahnı müsabiqəsinin qalibi Dima Bilan Bakıda konsert verəcək. Konsert oktyabrın 16-da Heydər Əliyev Sarayının səhnəsində baş tutacaq. Bu, ifaçının Azərbaycanın paytaxtına ilk səfəri deyil.
    Qeyd edək ki, rusiyalı sənətçi karyerası ərzində bir çox musiqi mükafatlarına layiq görülüb, onun Azərbaycanda da kifayət qədər pərəstişkarı var. Konsertdə iştirak etmək istəyənlər biletləri şəhərin kassalarından və iticket.az saytından əldə edə bilərlər.

Tarix: 22-02-2024, 14:18 Oxunub: 161


Bölməyə aid digər xəbərlər
13-02-2021, 12:10 Oqtay Əsədov həbs edilir?