Dünyada ilin ən çox bəyənilən 250 mahnısı arasında 4 Azərbaycan musiqisi yer alıb - FOTO

Ötən ilin ən çox bəyənilən 250 musiqisinin siyahısı açıqlanıb. 
Bu haqda Avroviziya qaliblərimizdən olan Aysel Teymurzadə məlumat verib. 

Məlumata əsasən, ilk yerdə 2012-ci ildə İsveçi Avroviziyada "Euphoria" adlı mahnı ilə təmsil edən müğənni Lorin qərarlaşıb.

Siyahıda bu günə qədər Avroviziyada iştirak edən azərbaycanlı təmsilçilər də yer alıb.

Ötən il "Mata Hari" kompozisiyası ilə Odlar Yurdunu təmsil edən Samirə Əfəndi 73-cü yerin sahibi olub. Onun "Kleopatra" ifası isə 232-ci yerdə qərarlaşıb.

2009-cu ildə "Always" adlı mahnı ilə çıxış edərək 3-cü yerin sahibi olan Aysel Teymurzadə və Araşın mahnısı 141-ci yeri tutub.

2012-ci ildə "When the music dies" mahnısı ilə Azərbaycanı Avroviziya Mahnı Müsabiqəsində təmsil edən Səbinə Babayeva isə siyahıda 237-ci yerin sahibi olub.


Tarix: 2-01-2022, 16:51 Oxunub: 295


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı