Bakının iki böyük qəsəbəsinin küçələrini su basıb


      Bakının Kürdəxanı qəsəbəsinin sakinləri yağış sularının küçələri bərbad vəziyyətə salmasından sikayətçidirlər. Sakinlər iddia edirlər ki, hər dəfə yağış yağanda küçələri su basır. Zabrat qəsəbəsinin sakinləri də, analoji problemlə üzləşiblər. Sakinlər iddia edirlər ki, burada illərdir eyni vəziyyət hökm sürür. Onlar problemlə bağlı aidiyyəti qurumlara müraciət etsələr də, nəticəsi olmayıb. Sakinlərin iddiasına görə, illərdir ki, yağış yağanda küçədə gölməçələr yaranır.
     “Azərsu” Açıq Səhmdar Cəmiyyətindən bildirildi ki, sözügedən ərazilərdə kanalizasiya infrastrukturu mövcud deyil. Ona görə də, qurumun edəcəyi bir iş yoxdur. Sabunçu Rayon İcra Hakimiyyətindən isə zənglərə cavab verən tapılmadı.

Tarix: 17-02-2024, 22:25 Oxunub: 130


Bölməyə aid digər xəbərlər