İki nəfər dəm qazından zəhərlənərək ölüb

    Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində 2 nəfər dəm qazından zəhərlənərək ölüb.
Belə ki, 1975-ci il təvəllüdlü Elnur Rəhman oğlu Güliyev və 2000-ci il təvəllüdlü Elşən Hüseyn oğlu Əliyev birlikdə yaşadıqları Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində nömrəsiz fərdi yaşayış evində dəm qazından zəhərlənərək ölüblər.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.


Tarix: 28-12-2023, 09:09 Oxunub: 81


Bölməyə aid digər xəbərlər
9-03-2023, 08:25 Bakıda ailə faciəsi