"Şərqlə Qərbin qovşağı olan Azərbaycan daha da qüdrətlənəcəkdir" - Nərminə Kələşova

   Azərbaycan on ildən artıqdır ki, beynəlxalq kosmik ailənin üzvüdür.  İki Telekommunikasiya, bir Yer səthinin müşahidəsi peykinə malik olan   Azərbaycanda kosmik sənayenin inkişafı davam etdirilir. Bu üç peyk azərbaycanlı mütəxəssislər tərəfindən idarə olunur və onlar təkcə Azərbaycana deyil, 45-dən artıq ölkəyə xidmət göstərirlər. Oktyabrın 2-də Bakı Konqres Mərkəzində keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev tədbirdə iştirak ediblər. Kosmik agentliklərin, dövlət sektorunun, investorların və özəl kosmik şirkətlərin nümayəndələrinin, yerli və beynəlxalq media qurumlarının təmsilçilərinin, ümumilikdə 101 ölkədən    5 mindən çox nümayəndənin  qatıldığı   74-cü Bakı Beynəlxalq Astronavtika Konqresinin  açılış mərasimində Prezidnet İlham Əliyev çıxış edərək bildirdi ki, müstəqillik dövründə Azərbaycan beynəlxalq ictimaiyyətin fəal üzvünə çevrilib və bizim siyasətimiz hər zaman aydın, şəffaf və birmənalı olub, dostlar qazanılmasına və əməkdaşlığın gücləndirilməsinə yönəlmişdir.
    Bu gün Beynəlxalq ictimaiyyətin fəal üzvü kimi Azərbaycan çoxsaylı siyasi, iqtisadi və regional inkişaf layihələrində iştirak edir. Dördüncü ildir ki, Azərbaycan BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisata – Qoşulmama Hərəkatına sədrlik edir. Belə bir təşkilata sədrlik etmək şərəfinə Azərbaycan 120 dövlətin yekdil qərarı ilə layiq görülmüşdür.Azərbaycanın Avropa institutları ilə əməkdaşlığı uğurla inkişaf edir. Azərbaycan Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb. Bu, bizim xarici siyasət gündəliyimizi nümayiş etdirir.
      Dövlətimizin Başçısı həmçinin qeyd etdi ki, Azərbaycan iki mühüm beynəlxalq təsisatın –   İslam Əməkdaşlıq Təşkilatının və Avropa Şurasının üzvüdür. Azərbaycan eyni vaxtda hər iki təşkilata üzv olan azsaylı ölkələrdəndir və bu iki təşkilatın yüzdən artıq üzvü var. Bu, yalnız bizim coğrafiyamız və mədəniyyətimizin deyil, həm də siyasi niyyətlərimizin göstəricisidir.                                                                                                                                         Üç il əvvəl 30 il ərzində pozulmuş ərazi bütövlüyümüzün bərpa edildiyini diqqətə çatdıran Prezidetimiz vurğuladı ki,   biz təcavüzdən, işğaldan və etnik təmizləmədən əziyyət çəkdik və bu, millətimiz üçün böyük faciə, böyük humanitar fəlakət idi. 1990-cı illərin əvvəlində torpaqlarımız işğal olunanda, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşdü və o vaxt əhalimizin sayı 8 milyon idi. Bu rəqəm hər hansı ölkə ilə müqayisədə, bəlkə də adambaşına olan ən yüksək qaçqın sayı idi.  Həmin vaxt, biz çox yoxsul idik. Biz öz təbii sərvətlərimizin istismarına hələ başlamamışdıq. Açıq dənizə çıxışı olmayan ölkəmizdə hərc - mərclik hökm sürürdü və gələcək üçün perspektivlər o qədər də aydın görünmürdü.   28 il ərzində biz danışıqlar prosesinə qəti surətdə sadiq qaldıq. Biz BMT Nizamnaməsinin hər bir ölkəyə verdiyi hüquqdan, özünümüdafiə hüququndan istifadə etdik və üç il əvvəl öz ərazilərimizi azad edərək işğala son qoyduq.  Bir aydan da az müddət əvvəl biz ölkəmizin suverenliyini tam bərpa etdik. İşğala son qoymaq öhdəliyini üzərinə götürmüş beynəlxalq təşkilatlar hər hansı nəticəyə nail olmadı. BMT Təhlükəsizlik Şurası erməni qoşunlarının ərazilərimizdən dərhal və qeyd şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etdi.     Lakin həmin qətnamələr 27 il icra olunmadı.Ərazi bütövlüyünün və suverenliyin bərpasında əldə etdiyimiz təcrübə unikal oldu. Zorakılıqla üzləşdiyimiz münaqişəyə son qoyduq. Biz ədaləti və beynəlxalq hüququ bərpa etdik. Qafqazda sülh üçün vaxt yetişib. Bu, bizim gündəliyimizdir. Gündəliyimiz Qafqazda, regionda sülhün, əməkdaşlığın qurulmasıdır və hamı üçün faydanın gətirilməsidir. Biz hər hansı qlobal güc mərkəzindən və ya hər hansı maliyyə təsisatından asılı deyilik. Son 20 il ərzində, ümumi daxili məhsul dörd dəfə artıb, büdcə gəlirləri 30 dəfədən çox artıb, xarici ticarət dövriyyəsi on dəfədən çox artıb. Birbaşa xarici borc ümumi daxili məhsulun təxminən 10 faizini təşkil edir. Azərbaycanın xarici valyuta ehtiyatları birbaşa xarici borcumuzu on dəfə üstələyir. Son 20 il ərzindəki sərmayələrin ümumi həcmi 300 milyard ABŞ dollarından çoxdur və onlardan 190 milyard dolları qeyri-enerji sektoruna yatırılmışdır. 20 il əvvəl yoxsulluq şəraitində yaşayan insanların sayı 50 faizə yaxın idi.   Hazırda isə yoxsulluq 5,5 faiz təşkil edir və onu göstərir ki, hasil etdiyimiz və beynəlxalq bazarlara çıxardığımız təbii sərvətlər lazımi qaydada idarə olunur.
Bəli, bu gün ökəmizin beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artmışdır. Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat -logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcəkdir. Bu çərçivədə regionda təhlükəsizliyin, sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi və ticarət əlaqələrinin, Azərbaycanda  kosmik sənayenininkişaf etməsi Cənubi Qafqazın lider dövləti, Şərqlə- - Qərbin qovşağı olan Azərbaycanın daha da qüdrətlənməsinə xidmət edəcəkdir.

Nərminə Kələşova
YAP Qazax rayon təşkilatı ərazi partiya təşkilatının sədri


Tarix: 9-10-2023, 11:06 Oxunub: 53


Bölməyə aid digər xəbərlər