İnsanlara, onların sağlamlığı üçün sağlam və təhlükəsiz ətraf mühit zəruridir. Azərbaycan Respublikasının Konstitusiyasının 39-cu maddəsinə əsasən, hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır. Həmçinin “Əhalinin Sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü Maddəsinə əsasən, əhalinin sağlamlığının qorunması sahəsində dövlətin vəzifələrindən biri ətraf mühitin qorunmasının, ekoloji təhlükəsizliyin təmin edilməsidir.
Xəstəliklərin yaradan ən əsas səbəblər natəmizlikdir. İstər kənd olsun, istər şəhər təmizlik mədəniyyətdir, bu mədəniyətə hər kəs sahib olmalıdır .
Öz elini, öz obasını hər kəs öz evi kimi təmiz saxlamaq mədəniyyətinə sahib olmalıdır .
Qazax rayonunun Canallı kəndində axar çayın ətrafı (el arasında "Zor arxı" deyilən yer) zibillərlə doldurulub, bəli, məhz dolub yox, doldurulub demək daha düzgün səslənir...
Kənd bələdiyyəsi və bu işə məsuliyyət daşıyan şəxslar hara baxır? Görmürlər demək olmaz, niyə görməməzliyə vururlar?
Xəstəlik mənbəyi olan bu zibilliyi kim təmizlətdirməli və ya təmizləməlidir?
Kənd əhalisi də bu işdə günahkardır ki, niyə öz kəndini, elini bu cür zibilləyir?
Yəqin ki, əlaqədar təşkilatlar öz mövqelərini nümayiş etdirəcəklər.
Adları çəkilən hər kəsin və hər təşkilatın mövqeyini dərc etməyə hazırıq.
Orxan Səfərli,
ATİA.AZ
Bölməyə aid digər xəbərlər