Zərdabda qadın intihar edib

Zərdabda 64 yaşlı qadın intihar edib.
Hadisə mayın 24-də rayon ərazisində qeydə alınıb.
Belə ki, 1959-cu il təvəllüdlü Zərdab şəhər sakini Xəlilova Güldəstə Hümmət qızı yaşadığı fərdi yaşayış evinin həyətində yerləşən çardağın damından özünü asıb.
Faktla bağlı Zərdab Rayon Prokurorluğunda araşdırma aparılır.


Tarix: 25-05-2023, 09:20 Oxunub: 321


Bölməyə aid digər xəbərlər