Arvadını öldürüb qapını arxadan bağlayıbmış - Video

Xəbər verdiyimiz kimi ötən gecə Bakıda 61 yaşlı kişi arvadını yaşadığı mənzildə qətlə yetirib.
Məlumata görə, həmin şəxs arvadını öldürdükdən sonra qapını arxadan bağlayıb. Zənglərə və qapını döyən şəxslərə cavab verməyib.
Bu barədə FHN-in yaydığı açıqlamada bildirilib:
"Gecə saatlarında nazirliyin “112” qaynar telefon xəttinə Xətai rayonu, Zığ şosesində yerləşən mənzillərin birində sakinlərin uzunmüddətli telefon zənglərinə və giriş qapısının döyülməsinə reaksiya verməmələri səbəbindən xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
Dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.
Xilasedicilər müvafiq vasitələrlə onmərtəbəli yaşayış binasının yeddinci mərtəbəsində yerləşən mənzilin giriş qapısını açaraq, polis əməkdaşlarının mənzilə daxil olmasına şərait yaradıblar. Həmçinin, mənzildə qətlə yetirilmiş 1966-cı il təvəllüdlü Rəhimə Həşimovanın meyiti xilasedicilər tərəfindən aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib. Mənzildə olan R.Həşimovanın əri 1961-ci il təvəllüdlü İlham Həşimov şübhəli şəxs qismində tutulub".
[media=https://www.youtube.com/watch?v=RgIoFpMlo3g&t=

Qanunvehedef.az


Tarix: 6-01-2023, 13:16 Oxunub: 114


Bölməyə aid digər xəbərlər
13-02-2021, 12:10 Oqtay Əsədov həbs edilir?