Qubada 66 yaşlı kişi süni göldə batıb

Quba rayonunda 66 yaşlı kişi süni göldə batıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən xəbərdə belə deyilir.
FHN-nin “112” qaynar telefon xəttinə Quba rayonunun Vəlvələ kəndində, süni göldə 1954-cü il təvəllüdlü Quliyev Surəddin Heydər oğlunun batması barədə məlumat daxil olub.
S.Quliyevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq göldən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.


Tarix: 26-07-2020, 09:46 Oxunub: 206


Bölməyə aid digər xəbərlər