Çərşənbə axşamı, 29 aprel 2025, 02:38:57  
18:41 / 25-04-2025
Əvəz Zeynallı azad edildi
21:30 / 20-04-2025
Kərəm İncəli -80
08:30 / 18-04-2025
"İlham Pirməmmədov - 70"
Birinci Qarabağ müharibəsi əlillərinə SEVİNDİRİCİ XƏBƏR - VİDEO



13 mindən artıq I Qarabağ müharibəsi əlilinə birdəfəlik ödəmələr verilib. Ödəmələrin ümumi məbləği 80 milyon manat təşkil edir.
Bunu  DSMF-nin idarə heyəti sədrinin müavini  Zəka Mirzəyev   bildirib.
Birdəfəlik ödəməni almaq üçün müraciət edən şəxslərin diqqət etməli olduğu məqamlar var. Belə ki, yalnız 1997-ci il avqustun 2-dək hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçular dəstək proqramından yararlana bilər.
1997-ci ildən sonra müharibədə xəsarət alan şəxslərə isə o halda ödənişlər verilir ki, onların vaxtilə aldıqları məbləğ bu günkü birdəfəlik ödəmə üçün müəyyən edilən müvafiq məbləğlərdən aşağı olsun.
Birdəfəlik ödəməni almağa hüququ çatan 13 min şəxsdən 571-i artıq dünyasını dəyişib. Bu səbəbdən ödəmələr onların vərəsələrinə verilib.
Qeyd edək ki, birdəfəlik ödəmələrin verilməsi prosesi növbəti 2-3 ay ərzində tam başa çatacaq.
Xəzər Xəbər


Tarix: 25-08-2022, 10:30 Oxunub: 132


Bölməyə aid digər xəbərlər
13-02-2021, 12:10 Oqtay Əsədov həbs edilir?