Bakıda yolun satılması iddialarına RƏSMİ CAVAB

   Ötən gün bəzi xəbər saytlarında “Dördzolaqlı yolun bir hissəsi satılıb?” başlığı ilə məlumat verilib. Məlumatda qeyd olunub ki, Yeni Günəşli, Qaraçuxur qəsəbələrini Babək prospekti ilə birləşdirən 4 zolaqlı yolun 1 zolağı qəbiristanlıq ərazisinə satılıb.
    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) KİV-də yayılmış xəbərə aydınlıq gətirib.
Bildirilib ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Babək prospektinin sonundan Yeni Günəşli qəsəbəsinə gedən avtomobil yolunun sağ tərəfindəki qəbiristanlıqda və ona bitişik ərazidə baş verən torpaq sürüşməsi ilə bağlı istinad divarının tikintisi işləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin tapşırığı ilə Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərdövlətsənayelayihə” İnstitutu tərəfindən hazırlanmış layihə-smeta sənədlərinə əsasən icra olunur:
“İstinad divarı layihəyə uyğun olaraq, eni 14 metr təşkil edən yolun 4 hərəkət zolağı saxlanılmaqla inşa edilir. Xahiş edirik, nəzərə alasınız və avtomobil yolları, yol qurğuları ilə bağlı hər hansı məlumat verilməmişdən öncə AAYDA-nin İctimaiyyətlə əlaqələr şöbəsi ilə dəqiqləşdirmə aparasınız”.



Tarix: 6-07-2022, 18:46 Oxunub: 125


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı