
“Report”un Qərb mərkəzinin məlumatına görə, hadisə Aşağı Quşçu kəndində qeydə alınıb.
VAZ markalı avtomobillərin toqquşması nəticəsində üç nəfər - 1993-cü il təvəllüdlü Arzuman Əhmədov, 1962-ci il təvəllüdlü Orxan Novruzov və 1962-ci il təvəllüdlü Felya Əhmədova xəsarət alıblar.
Onlardan biri təcili tibbi yardım maşını ilə, digərləri isə vətəndaşların yardımı ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Qəzanın başvermə səbəbləri araşdırılır.