Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı “Instagram” hesabında paylaşım edib.
Paylaşımda deyilir:
Bu gün Azərbaycanlıların Soyqırımı Günüdür. 1918-ci ilin mart ayında törədilmiş vəhşiliklər bütün bəşəriyyətə və insanlığa qarşı qanlı cinayətdir. İllər keçsə də biz Azərbaycan xalqının məruz qaldığı etnik təmizləmənin, terror və soyqırımı aktlarının, ona amansızcasına divan tutulmasının ağrı-acısını heç vaxt unutmayacağıq.Faciənin günahsız qurbanlarının nurlu xatirəsini dərin hüznlə yad edir, Uca Tanrıdan bütün şəhidlərimizə rəhmət diləyirəm.
Сегодня – День геноцида азербайджанцев.Зверства, совершенные в марте 1918 года, являются кровавым преступлением против всего человечества и человечности. И сколько бы лет ни прошло, мы никогда не забудем горечь этнической чистки, актов терроризма и геноцида, беспощадной расправы, которым был подвергнут азербайджанский народ. С чувством глубокой скорби чту светлую память невинных жертв трагедии, прошу Всевышнего упокоить души всех наших шехидов.
Bölməyə aid digər xəbərlər