Gəncədə gənc qadın bıçaqlandı

Gəncədə bıçaqlanma hadisə baş verib.
 
ATİA.AZ xəbər verir ki, hadisə şəhərin Nəriman  Nərimanov prospektində yeriləşən binaların birində qeydə alınıb.
 
1995-ci il təvəllüdlü Ə.G. qarnının kəsilmiş-deşilmiş bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal qadın əməliyyat olunub, vəziyyətinin orta ağır olduğu bildirilir.
 26 yaşlı qadının hansı səbəbdən bıçaq xəsarəti alması məlum deyil. Hadisə ilə bağlı polisə məlumat verilib.
Faktla bağlı araşdırma aparılır.


Tarix: 3-02-2021, 00:16 Oxunub: 256


Bölməyə aid digər xəbərlər