Xalq artisti Flora Kərimova "Xəbər-ətər" proqramında qonaq olub. Müğənni çəkilişlərdən birində adını açıqlamadığı Xalq artisti haqda etiraf edib:
"10 il bundan əvvəl bir çəkilişdə idik. İncə, nazik bir obrazda Xalq artisti dayanmışdı. Arada bir pərdə görünürdü, asanlıqla o qadına söz demək mümkün deyildi. Elə oldu ki, operator nəyisə səhv etdi və təzədən çəkməli olduq. Operator kameranı bağlamadı. Onun üzünü görüb, sözlərini eşidərdiniz: qışqırırdı. Məəttəl qaldım. Elə ki, dedilər çəkilişə başlayırıq, elə bir dona girdi ki: mələk. Orada görünür ki, davranışının acığını çıxdılar. Həmin yerləri efirdə göstərdilər. Həmin insanı indiyənə qədər görəndə, elit görünməyə çalışanda, gülməyim tutur. Ona nə hörmətim olacaq? Ondan nə öyrənəcəksən?".
Bölməyə aid digər xəbərlər