17:28 / 29-04-2025
"Oğrular tapıldı, bu gün pulumuz geri qaytarıldı" - Aynişan Quliyeva
17:05 / 29-04-2025
Hər dəfə içki içib 102 və 103-ə zəng edirdi - Həbs olundu
23:37 / 28-04-2025
Natəvan Dəmirçioğlunun “AÇAR” romanının akademik müzakirəsinə həsr olunmuş "Zəfərimizin "Açar"ı" adlı elmi sessiya
19:10 / 28-04-2025
GÜLNARƏ İSRAFİL BAĞÇASINDAN BİR YARPAQ
18:58 / 28-04-2025
AZƏR FƏRMAYILOĞLU ATİA.AZ-ın QONAĞI OLDU
11:45 / 28-04-2025
Anar Nəbiyev: Çin Azərbaycanın ən böyük ticarət tərəfdaşına çevrilib
09:14 / 26-04-2025
Heydər Əliyev və Gənclər siyasətinin inkişafında tarixi əsaslar
20:33 / 25-04-2025
Ədalət Partiyası Ali Məclisinin sabiq sədrinə AÇIQ MƏKTUB
18:51 / 25-04-2025
MM Səhiyyə komitəsi həkimlərin sertifikasiyasına dair qanunvericiliyə dəyişikliyi müzakirə edib
18:41 / 25-04-2025
Əvəz Zeynallı azad edildi
14:51 / 25-04-2025
Polad Ağakişiyev: Strateji tərəfdaşlıq münasibətləri daha da möhkəmlənir
13:44 / 25-04-2025
Qazaxda 2025-ci il “Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbir keçirildi
08:40 / 25-04-2025
"Meydan Babayev Ədalət Partiyasının sədrinin səlahiyyətlərini icra etmir" - BƏYANAT
08:31 / 25-04-2025
Vətəndaşlar maaşlarını özləri seçdikləri istənilən bankdan ala biləcəklər - YENİLİK
16:06 / 24-04-2025
Bədirxan Əhmədlinin kitablarının təqdimatı keçirilib
09:10 / 24-04-2025
Sabah Əvəz Zeynallının məhkəməsi olacaq
09:02 / 24-04-2025
Müdafiə Nazirliyi: Ermənistan dezinformasiya yayıb
15:10 / 23-04-2025
"Hər bir xalqın milliliyini yaşadan onun dilidir" - Anar Nəbiyev
10:37 / 23-04-2025
Nizami Hüseynov: Milli qürurumuzun rəmzi
16:57 / 22-04-2025
Prezident və birinci xanım Çinə səfərə getdi (FOTOLAR)
16:48 / 22-04-2025
Ədalət Partiyasında nələr baş verir?
16:00 / 22-04-2025
Adları siyahıda olmayan plastik cərrahların “torbasını tikən” həmkarlar
05:50 / 22-04-2025
Xırdalanda sahibsiz itlər məktəblinin ayağını DİŞLƏDİLƏR
16:16 / 21-04-2025
Xırdalanda arvadını pəncərədən ataraq öldürən şəxsə hökm oxunub
16:09 / 21-04-2025
İkinci Dünya müharibəsi veteranlarına birdəfəlik maddi yardım veriləcək
15:59 / 21-04-2025
"Xalqlarımız arasında dostluq davam edir" - Anar Nəbiyev
11:59 / 21-04-2025
Bir ailə dəm qazından məhv oldu
11:51 / 21-04-2025
Toyda zəhərlənənlərlə bağlı prokurorluqda araşdırma başladı
10:46 / 21-04-2025
İcra başçısına yeni müavin təyin edildi
09:32 / 21-04-2025
"Ali səviyyədə fəal siyasi dialoq" - Hamlet İlyasov
21:30 / 20-04-2025
Kərəm İncəli -80
Pensiya və maaş artımları nə vaxtdan qüvvəyə minir?
"2025-ci ilin sosial paketinin icrasına start verilib. Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Sərəncamına uyğun olaraq, bu aydan bır sıra artımlar qüvvəyə minib” - bunu Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.
Bölməyə aid digər xəbərlər

Deputat qeyd edib ki, Azərbaycanda 3 milyon vətəndaşı əhatə edəcək sosial paketin əsas elementlərindən biri də məhz maaş artımlarıdır: "Azərbaycan Prezidentinin imzaladığı sərəncama uyğun olaraq, bu aydan ölkədə minimum aylıq əməkhaqqının məbləği 345 manatdan 16 faiz artımla 400 manata çatdırılıb. Bu o deməkdir, bu aydan etibarən həm dövlət, həm də özəl sektorda 400 manatdan az maaş vermək mümkün olmayacaq. Yəni, minimum əməkhaqqı alan vətəndaşlarımız yanvar ayı üçün maaşlarını 16 faiz artımla alacaqlar.
Minimum əməkhaqqındakı artım sadəcə aşağı maaş alanların deyil, eləcə də vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə əməkhaqlarında artımları təmin edəcək.
Belə ki, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları da təxminən bir ay müddətində bu Sərəncama uyğunlaşdırılacaq və artırılacaq. Sosial, elm, səhiyyə, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışan dövlət qulluqçusu statusu olmayan işçilərin də əməkhaqqı artacaq. Bu artımlar isə Nazirlər Kabineti tərəfindən qərar imzalandıqdan sonra ödəniləcək”.
V.Bayramov pensiya artımları ilə bağlı məsələyə də aydınlıq gətirib: "Mövcud qanunvericiliyə əsasən, pensiyalar hər il yanvar ayında əvvəlki ildə orta aylıq əməkhaqqında artım faizinə uyğun olaraq indeksasiya olunaraq artırılır. Hələlik dəqiq artım faizi bəlli olmasa da, artımlar məhz bu aydan hesablanır. 2024-cü ilin ilk 10 ayının yekunlarına əsasən, ölkə üzrə orta aylıq əməkhaqqı təxminən 8 faiz artıb. Dəqiq rəsmi göstərici isə gələn ayın əvvəllərində elan ediləcək.
2024-cü ildə orta aylıq əməkhaqqında artımla bağlı rəsmi statistika fevral ayının ilk 10 günündə bəlli olduğu üçün indeksasiya da məhz o zaman aparılacaq. Pensiya artımları yanvarın 1-dən hesablanır, amma artımlar fevral ayında ikisi birlikdə ödəniləcək. Deməli, pensiyaçılar artımları gələn aydan etibarən alacaqlar. Amma yanvar ayı üçün hesablanmış artım da fevral ayının pensiya məbləğinə əlavə olunacaq.
Qeyd edim ki, indeksləşdirmə bütün növ əmək pensiyalarına şamil olunur. "Əmək pensiyaları haqqında” Qanunun 4-cü maddəsinə əsasən, əmək pensiyalarının 3 növü təsbit olunub. Bunlar yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyasıdır. Deməli, vətəndaşımız növündən asılı olmayaraq əmək pensiyası alırsa, onun pensiya məbləğinə artım hesablanacaq.
Minimum pensiya məbləği isə gələn aydan 280 manatdan 320 manata çatdırılacaq. Bu o deməkdir ki, minimum pensiya alanlar artıq gələn aydan artırılmış məbləği alacaqlar”.
Deputatın sözlərinə görə, Prezidentin digər sərəncamı ilə isə bu aydan etibarən ehtiyac meyarı 285 manata çatdırılıb: "Ehtiyac meyarının artırılması ünvanlı sosial yardım proqramı çərçivəsində vətəndaşlarımızın aldığı yardım məbləğinin bu ildən artmasına səbəb olacaq. Bu 900 manat gəliri olan və 5 üzvü olan ailədə aylıq sosial yardım məbləğinin orta hesabla 450 manatdan 525 manatadək yüksəlməsi deməkdir.
Artımların ödənilməsinə gəldikdə isə, yeni ehtiyac meyarı ünvanlı sosial yardım proqramı çərçivəsində yeni yardım almağa başlayanlara şamil olunacaq. Yəni, əgər vətəndaşın müraciətinə bu ay müsbət cavab verilib ona yardım ödənilməsi ilə bağlı qərar veriləcəksə, o artırılmış məbləğlə yardımı bu aydan alacaq.
Prezidentin imzaladığı 23 dekabr 2024-cü il tarixli sənədə əsasən, Nazirlər Kabineti (NK) sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı təkliflərini üç ay müddətində dövlət başçısına təqdim etməlidir. NK tərəfindən təkliflər təqdim olunduqdan sonra müavinət və təqaüdlərin artırılması ilə bağlı sənəd imzalancaq. Bununla da müavinət və təqaüdlərin artırılması həyata keçiriləcək”.
Tarix: 7-01-2025, 10:54 Oxunub: 356
Bölməyə aid digər xəbərlər
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
18-12-2024, 14:19
İlham Əliyev "Rossiya Seqodnya"nın baş direktoruna müsahibə verdi
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
25-12-2021, 08:05
Pensiyaçılar fevralın 1-ni gözləsin… Artım gözlənilən qədər olmayacaq
4-08-2020, 20:35
Büdcəyə dəyişiklik layihəsi plenar iclasa tövsiyə olundu
15-12-2022, 10:05
Bu halda pensiya yaşı azaldıla bilər
2-11-2021, 07:44
Artırılacaq rüsumların - Ümumi SİYAHISI
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
21-02-2021, 22:28
"Qocaların çoxu pensiya ala bilməyəcək"
6-09-2024, 12:27
BDU-da yoxlama aparıldı - Nöqsanlar aşkarlandı
13-09-2020, 18:35
Karantin rejimi ilə bağlı yeni qərar - BU MƏHDUDİYYƏTLƏR QALIR
22-11-2021, 09:29
Pensiyaya çıxmaq istəyənlərin NƏZƏRİNƏ! - Məbləğ artdı
24-12-2024, 11:17
Minimum əməkhaqqı artdı - SƏRƏNCAM
1-06-2022, 11:58
Bu gündən bu şəxslərin əmək haqları minimum 1000 AZN OLACAQ
23-02-2022, 09:23
Hökumət qiymətlərə görə nazirlikləri ayağa qaldırdı - məmurlar sərəncamı sabotaj edə bilər
27-12-2024, 13:25
Maaşlar nə qədər artırılıb? - Nazirlik açıqladı
28-09-2022, 10:11
Bütün növ pensiyalar bu tarixdən ARTIRILACAQ - RƏSMİ
5-05-2023, 08:00
"Heydər Əliyev və Azərbaycan səhiyyəsi" - Nasir Əhmədov
22-07-2020, 21:04
Şəhid ailələri və müharibə əlillərinin mənzillə təminat proqramı ildən-ilə gücləndirilir
14-01-2021, 13:38
Yanvardan ödədiyimiz pulla hansı tibbi xidmətlər göstəriləcək?
25-12-2024, 13:06
Aktauda AZAL-ın təyyarəsi qəzaya uğradı
11-12-2024, 12:44
Yolu, şagirdi olmayan, təhlükəli məktəbi kim qoruyur? - FOTO - VİDEO