13:15 / 30-03-2025
Suriyada yeni hökumət quruldu
Deputatlığa namizəd adam BIÇAQLADI

  Azərbaycanda deputatlığa namizəd münaqişə etdiyi şəxsə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinir.
    Hadisə Hacı Zeynalabdin qəsəbəsi, Cabir Novruz küçəsində qeydə alınıb.

Məlumata görə, Sumqayıt şəhər sakini, 1989-cu il təvəllüdlü Taleh Sakit oğlu Məmmədov münaqişə zəminində 1974-cu il təvəllüdlü Cavadov Nazir Ağacavad oğluna bıçaqla xəsarət yetirib.
Yaralı dərhal Sumqayıt şəhər Təcili Tibbi yardım xəstəxanasına çatdırılıb.
 
Qeyd olunur ki, Taleh Məmmədov 46 saylı Sumqayıt beşinci seçki dairəsindən deputatlığa namizəddir.


Tarix: 31-07-2024, 14:16 Oxunub: 273


Bölməyə aid digər xəbərlər