12:32 / 27-04-2024
FHN Masallıda tədbir keçirdi
12:30 / 27-04-2024
Bazar günü 32° isti olacaq
Əməkdar artist vəfat etdi


   Tanınmış teatr və kino aktyoru, Azərbaycan Respublikasının Əməkdar artisti Rahib Əliyev vəfat edib. Bu barədə mərhumun sənət yoldaşları bildiriblər. Rahib Əliyev Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru idi. O, Gənc Tamaşaçılar Teatrının səhnəsində 70-dən artıq obraz yaradıb. Bundan başqa o, 20-dək filmdə müxtəlif rollar oynayıb.
    Rahib Əliyev 12 iyul 1945-ci ildə Bakı şəhərində anadan olub. 1965-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Dram-kino aktyorluğu fakültəsinə daxil olub, 1969-cu ildə oranı bitirib. Hələ institutda oxuyarkən 1967-ci ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına dəvət olunab R.Əliyev həmin vaxtdan bu günə kimi fasiləsiz olaraq bu sənət ocağında çalışıb.
     Azərbaycan teatr sənətinin inkişafında xidmətlərinə görə 2006-cı ildə "Əməkdar artist" fəxri adına, sonralar dəfələrlə Prezident mükafatına layiq görülüb. 2015-ci ildə Rahib Əliyevin Gənc Tamaşaçılar Teatrında 70 illik yubileyi qeyd edilib.
     Allah rəhmət eləsin.


Tarix: 28-03-2024, 16:42 Oxunub: 60


Bölməyə aid digər xəbərlər
10-03-2022, 12:38 Bu gün Milli Teatr Günüdür