Ukrayna Prezidenti Volodimir Zelenski belaruslara müraciət edərək, Aleksandr Lukaşenkonun onları müharibəyə cəlb etdiyi barədə xəbərdarlıq edib.
Bu barədə o, ənənəvi videomüraciətində bildirib.
“Mən bu gün Belarus vətəndaşlarına müraciət etmək istərdim. İnsanlara – həm mülki şəxslərə, həm də uniformalılara. Sizi müharibəyə cəlb edirlər. Həm də fevralda və yaz aylarında olduğundan daha fəal şəkildə. Artıq Kreml hər şeyi həll edib. onlar üçün sizin həyatınız heç bir şey deyil. Amma siz qul deyilsiniz və “qurban” deyilsiniz. Siz ölməməlisiniz. Və sizin yerinizə heç kimin qərar verməyə imkan verməmək iqtidarındasınız.
Mən bilirəm ki, Belarus xalqı müharibəni deyil, bizi, mütləq bizi dəstəkləyir. Və buna görə də Rusiya rəhbərliyi sizi müharibəyə sürükləmək istəyir”, – Zelenski deyib.
O, Ukraynaya raket atan rus pilotlara da müraciət edib.
“Ukraynaya raketlərin buraxılmasını təmin edən bütün pilotlar, dispetçerlər, texniklər və digər şəxslər başa düşməlidirlər: biz sizin hamınızı tapacağıq. Hər biriniz bu zərbələrə görə məsuliyyət daşıyacaqsınız. Əgər kimsə bunu edərək məsuliyyətdən yayınacağını düşünürsə ki, əmr belə idi – yanılırsınız. Raketləriniz yaşayış binalarına dəyəndə, bilin ki, bunlar müharibə cinayətləridir. Hamınızı bu məhkəmə gözləyir. Siz isə heç bir yerdə gizlənə bilməyəcəksiniz – nə raketləriniz olan Xəzər dənizinin sahillərində, nə də Belarusda… Heç yerdə”, – prezident bildirib.
Xatırladaq ki, iyunun 24-də şəhərdəki yaşayış binalarını, məktəbləri və xəstəxanaları dağıtmağı planlaşdıran Rusiya təxribat qruplarının Belarusun Mozır ərazisinə gəlişi məlum olub. Bu, Ukraynanın hava zərbələrinə cavabı kimi təqdim edilə bilər.
İyunun 25-nə keçən gecə Belarus ərazisindən Ukrayna ərazisinə iri raket və bombalı hücum həyata keçirilib. Ukrayna kəşfiyyatı hesab edir ki, bu, Rusiya Federasiyasının Belarusu Ukraynaya qarşı müharibəyə cəlb etmək üçün genişmiqyaslı təxribatı olub.
Bu arada, Müharibə İnstitutu diktator Aleksandr Lukaşenkonun Rusiya adından Ukraynaya qarşı müharibəyə girməsini çətin hesab edir.
Bölməyə aid digər xəbərlər