Yanvarın 6-da Sumqayıt şəhərində yerləşən “Unikal” klinikasında 50 yaşlı Lalə Aslanovanın ölümü ilə bağlı klinika açıqlama yayıb.
Açıqlamada deyilir:
“Sumqayıt şəhər sakini 1971-ci il təvəllüdlü Aslanova Lalə Əbdulxan qızı dekabrın 5-i Sumqayıt şəhər “Unikal Klinika” MMC tibb müəssisəsinə “Endometrium hiperplaziyası, uşaqlıq qanaxması” diaqnozu ilə daxil olub, saat 15:00-da “Uşaqlığın ekstripasiyası” cərrahi əməliyyatı icra olunub. 2 saat davam edən əməliyyat fəsadsız keçib.
Xəstə ekstubasiya olunub, reanimasiya şöbəsinə yerləşdirilib. Xəstənin vəziyyəti 1 sutka ərzində stabil olub, yaxınları ilə telefon əlaqəsi saxlayıb, qidalanıb. Əməliyyatı icra edən həkimin iştirakı ilə xəstə yanvarın 6-da saat 15:45-də aktivləşdirilən zaman qadın qəflətən özünü pis hiss edib. Xəstəyə uzanıq vəziyyət verilib. Tənəffüsündə çətinləşmə qeyd olunub. Göstərilən bütün reanimasion tədbirlərə baxmayaraq, xəstənin həyatını xilas etmək mümkün olmayıb. Onun ehtimal olunan ölüm səbəbi ağciyər arteriyasının tromboemboliyasıdır.
Klinikanın təkidi ilə təşrih üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinə göndərilib”.
Bölməyə aid digər xəbərlər
« Ноябрь 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Пн | Вт | Ср | Чт | Пт | Сб | Вс |
1 | 2 | 3 | ||||
4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |
25 | 26 | 27 | 28 | 29 | 30 |