15:31 / 02-05-2024
Bu gün Yasamalda qaz olmayacaq
13:17 / 01-05-2024
“Bazarstore” təltif edildi
Gülnarə Əliyeva hər bir xəstənin öz dilində danışmağı bacaran, hər bir xəstənin çəkdiyi acıları onunla bir yerdə yaşayan xeyirxah, alicənab insandır



Ultrasəs müayinəsi isə ən öndə gedən diaqnostik üsullardan biridir. Hər bir diaqnozun qoyulmasında üstünlük ilk öncə ultrasəs müayinəsinə verilir. Rahatlığı ondan ibarətdir ki, ultrasəs müayinəsi bu gün tibbin bütün sahələrində istifadə edilir. Öncə söylədiyim kimi daxili üzvlərin diaqnostikasında, ginekoloqiyada, hamiləliklərdə, ən erkən anomaliyararı aşkarlamağa imkan verir.
Hamımızın gələcək sağlamlığımızın qeydinə qalmağı özlərinə vəzifə edən şərəfli peşə sahibləri-həkimlərimiz barəsində nə qədər xoş sözlər, gözəl ifadələr işlətsək yenə 
də az olardı. Çünki onlar həyatdakı ən vacib, ən dəyərli nemət olan can sağlığı kimi gözəl hədiyyəni bizlərə bəxş edirlər. Bir sözlə həkimlərimiz dünyada ən nəcib ürəkli, ən saf duyğulu insanlardır. Əsil həkim allahın xeyir duasını almış mələkdir, xilaskardır. Bu gün haqqında söz açacağım nəcib insan da məhz həmin müqəddəs sənətin peşəkarı, əsil insan, əsil vətəndaş Dr.Gülnarə Əliyevadır.
-Dr. Əliyeva  hər bir xəstənin öz dilində danışmağı bacaran, hər bir xəstənin çəkdiyi acıları onunla bir yerdə yaşayan xeyirxah, alicənab insandır. Onun tanıdığım ilk zamanlardan barəsində yalnız xoş sözlər eşitmişdim. Klinikaya getdiyimdə isə eşitdiklərimin və hələ bir qədər də artıq xeyirxahlığının şahidi oldum. Klinikada   yaradılmış bütün şəraitdən səmərəli istifadə edərək xəstələrin rahatlığı üçün əlindən gələn hər bir yaxşılığı edir.
-Həkim – radioloq Gülnarə həkimin nailiyyətl
ərində onun yüksək mənəvi dəyərlərə malik əsil bir insan olmasının rolu əvəzsizdir. Çünki xəstəyə müalicədən öncə şəfa verən, ona həyatda nikbinlik bəxş edən həkimin ümidverici münasibətidir. Zəngin mənəviyyatlı həkim Gülnarə Əliyevanın məhz bu təqdirəlayiq xüsusiyyəti ona müraciət edən xəstələrə şəfaət bəxş edir. Artıq neçə illərdir ki, Azərbaycan səhiyyəsinin şərəfini qoruyan  Gülnarə həkim  bu illər ərzində Sima, Günel, Jalə, Pərvin və Aysel kimi onlarla xəstəyə dəqiq müayinəsi ilə yeni həyat verib, onları ölümün pəncəsindən alıb.
Hətta uzun illər aldığı müalicənin müsbət nəticə vermədiyinin şahidi olan xəstələr belə, bu peşəkar həkimin təyin etdiyi dəqiq diaqnoz ilə müalicəyə davam etdikcə vəziyyətin nisbətən yaxşılığından məmnun halda redaksiyamıza minnətdarlıq, dolu məktublar göndərir və qəzetlərdə, saytlarda oxuculara izləyicilərə çatdırılmasını xahiş edirlər.
-Həkim Gülnarə xanıma minnətdar olan onun müayinə və müalicəsindən şəfa alan xəstələrdən redaksiyamıza daxil olan minnətdarlıqlar içərisində İradə xanımın razılıq dolu müraciəti xüsusilə diqqəti cəlb edir:
Mənim etdiyim dualar Gülnarə  həkimin yoluna nur saçsın deyir İradə xanım. Göydə ALLAH və yerdə Elvira  xanım olmaqla mənə dəqiq diaqnoz qoymaqla ailəmə  yeni bir həyat bəxş etdi.
Bunu Gülnarə Əliyevanın  həkimlik karyerasında dəqiq diaqnozu ilə sağalıb  həyata qaytardığı insanların sağlıq durumları da, xəstə yaxınlarının dərin minnətdarlıq hissi ilə söylədikləri də bir daha sübut edir.
Sağ olun Gülnarə həkim, Tanrı sizi qorusun.

Tarix: 18-09-2020, 00:02 Oxunub: 667


Bölməyə aid digər xəbərlər