Abşeronda dəhşətli qəza: Üç avtomobil toqquşub, yaralılar var - FOTOLAR

      Abşeron rayonunda üç avtomobilin toqquşması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi olub.   Qəza Masazır qəsəbəsi, Əliağa Vahid küçəsində qeydə aınıb.
     Belə ki, yol-nəqliyyat hadisəsi “Toyota Prius”, “Toyota Corolla” və “AzSamand” markalı avtomobillərin iştirakı ilə baş verib.
Nəqliyyat vasitələri yararsız vəziyyətə düşüb. Hadisədə “Toyota Prius” və “AzSamand” markalı minik avtomobillərinin sürücüləri xəsarət alıblar.
Yaralılar təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.
    Əraziyə polis əməkdaşları cəlb edilib.
    Hadisənin təfərrüatı araşdırılır.


Tarix: 13-01-2024, 09:20 Oxunub: 67


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı