Sabirabad rayonunda beş nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Sabirabad rayonunda beş nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Hacıqabul-Horadiz magistral yolunun rayonun Bulaqlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, mikroavtobus yük maşını ilə toqquşub.
Qəza zamanı 1955-ci il təvəllüdlü Hüseynova Cəmilə Məhərrəm qızı, 1998-ci il təvəllüdlü Zeynalov Elçin Xanlar oğlu, 1992-ci il təvəllüdlü Salayev Sübhan Etibar oğlu, 1973-cü il təvəllüdlü Əliyev Bərxudar Saleh oğlu və 1970-ci il təvəllüdlü Məmmədova Cəvahir Əliş qızı müxtəlif dərəcəli xəsarətlər alıb.
Xəsarət alanlar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.


Tarix: 24-02-2023, 13:27 Oxunub: 307


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı