Siyəzəndə qəzaya düşən avtomobildə müəllimlər olub: Ölənlərin sayı üçə çatdı

Siyəzən rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə rayonun Beşdam kəndi ərazisində qeydə alınıb.
Qəza bu gün saat 08:15 radələrində Bakı-Quba yolunun 99-cu kilometrliyində  baş verib.
“Mercedes-Benz Vito” markalı 77-CY-723 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi Quba istiqamətinə hərəkətdə olarkən idarəetməni itirərək əks istiqamətdə hərəkətdə olan “Opel” markalı 50-DL-063 dövlət nömrə nişanlı avtomobillə toqquşub.
Qəzaya düşən şəxslərin Siyəzənə dərs deməyə gələn müəllimlərin olduğu bildirilir.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Siyəzəndə baş verən ağır qəzada xəsarət alanların son vəziyyətini açıqlayıb. 
Qurumdan bildirilib ki, Siyəzəndə baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar 8 nəfər TƏBİB-in tabeliyindəki Siyəzən Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.
Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hadisə nəticəsində aqonal vəziyyətdə tibb müəssisəsinin reanimasiya şöbəsinə yerləşdirilən 1 nəfərin həyatını xilas etmək mümkün olmayıb.
Beləliklə, ümumi ölüm sayı 3-ə çatıb.
Hadisə nəticəsində müxtəlif növ bədən xəsarətləri alan 2 nəfərin (vəziyyətləri ağır qiymətləndirilir) müalicəsi reanimasiya şöbəsində, 5 nəfərin (vəziyyətləri orta ağır qiymətləndirilir) müalicəsi isə təcili tibbi yardım bölməsində davam etdirilir.
 


Tarix: 17-02-2023, 09:17 Oxunub: 143


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı