Kürdə 16 yaşlı gənc batdı,,, - QAZAXDA

Kür çayının Qazax rayonu ərazisindən keçən hissəsində 16 yaşlı gənc batıb.
Bu barədə  Fövqəladə Hallar Nazirliyindən (FHN)məlumat verilib.
“112” qaynar telefon xəttinə Kür çayının Qazax rayonu, Yuxarı Salahlı kəndi ərazisindən keçən hissəsində 2006-cı il təvəllüdlü Eldar Cəmaləddin oğlu Quliyevin batması barədə məlumat daxil olub.
FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.


Tarix: 5-07-2022, 20:33 Oxunub: 847


Bölməyə aid digər xəbərlər
19-05-2022, 08:30 Eldar Nəsibli Sibirel - 70