13:34 / 12-11-2024
COP29 ilk uğura imza atdı
08:28 / 08-11-2024
Bu gün Zəfər Günüdür !!!
Hacı Şahinin xütbəsində təxribat baş verdi - VİDEO



Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə nümayəndəsi olan Şahin Həsənli (Hacı Şahin) çıxışı zamanı təxribatla üzləşib. 
 
ATİA.AZ  xəbər verir ki, hadisə din xadiminin ənənəvi cümə xütbəsi zamanı baş verib. 
Belə ki, xütbədə iştirak edən şəxslərdən biri çıxışı zamanı Hacı Şahini təhqir edib.
Xütbədə olan şəxslər təxribatçını hadisə yerindən uzaqlaşdırıblar.
Hadisə ilə bağlı xütbə zamanı danışan Hacı Şahin deyib:
“Belə şeylər olur. Narahatlığa heç bir əsas yoxdur. İnsanların fikirlərini ifadə etməsi mümkündür. Amma bu şəkildə yox. İstənilən suala həmişə cavab verməyə hazırıq. Sadəcə normal şəkildə bu suallar bizə ünvanlanmalıdır. Mən bu sualları həmişə cavablandırmağa hazıram. Bu şəkildə nəyəsə fikir bildirmək xütbə zamanı yanlışdır”. 


Tarix: 1-04-2022, 15:48 Oxunub: 691


Bölməyə aid digər xəbərlər