Ağstafada qəza olub, xəsarət alanlar var

     Ağstafada yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb. Hərəkətdə olan avtomobil yoldan çıxaraq dirəyə dəyib. Qəza zamanı 1994-cü il təvəllüdlü Cahan Cabbarov və 1995-ci il təvəllüdlü Əhməd İsayev xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

Tarix: 25-02-2024, 14:19 Oxunub: 198


Bölməyə aid digər xəbərlər