ATİA.AZ saytına vətəndaş müraciəti: BƏZİ MEDİA QURUMLARI KİV HAQQINDA QANUNUN TƏLƏBLƏRİNİ KOBUDCASINA POZURLAR

                                                                                           
           Atia.Az saytının baş redaktoru  Aydın Adıgözəlova
     Ağstafa şəhəri, S.Vurğun küç, ev.98, mən 20-də yaşayanlar Bayramov Bayram  Ruzman oğlu və Mustafayeva Afaq Rafayıl qızı tərəfindən

                                                       
  Müraciət
    Bildiririk ki, bəzi özünü mətbuat işçisi, jurnalist kimi cəmiyyətə təqdim edən www.deryaz.az  və  www.bizimxeber.tv  saytları   “MƏDƏT ZEYNALOVUN HƏDİYYƏ ETDİYİ FƏXRİ AD NİYƏ ARVADINI QANE ETMƏYİB”,  “ Ağstafa Təhsil Şöbəsində katibə-müdir qalmaqalı”   adlı  13.06.2023-cü il tarixli yayımlanmış məqalədə, youtube və tiktok sosial şəbəkəsində, internet informasiya ehtiyatlarında  Bayram Bayramovu və  Afaq Mustafayevanı 8.000 ( səkkiz min) manat məbləğində rüşvəti Mədət Zeynalova  verməkdə - işə qəbul üçün 8.000 manat rüşvət verməklə, ağır cinayətdə, mən Afaq  Mustafayevanı həm də  dövlət qulluqçusu və  operator vəzifəsində çalışdığım halda “katibə  kimi işlədiyimi və Ağstafa rayon Təhsil Sektorunun  müdiri  Mədət Zeynalovun yoldaşı Təhminə xanımla qısqanclıq zəmnində dava etdiyimizi və Mədət Zeynalovun mənə diqqət və qayğı göstərməsi və mənim bütün maxinasiyalardan, ümumtəhsil müəssisələri və kolleclərdə çevirdiyi korruptiv əməllərdən xəbərdar olduğumu və valideynlərdən təmənna ummağıma göz yumulduğunu, məni təkrar cinayət  etməkdə  və s-də  ittiham  edirlər.
    Məlumatı yayan baş direktor Gədəbəy rayonu, Hacılar kəndində qeydiyyatda olan Habil Cahan oğlu Tağıyev Dəryaz Oraqov təxəllüsü ilə məqaləni saytda dərc etmiş, saytın tiktok sosial şəbəkəsində  də yaymışdır.
Habil Tağıyev tərəfindən saytda yayılmış  məqalənin linki belədir:  https://deryaz.az/?p=10351
   Həmin məlumatları yayarkən hansı araşdırmaya, hansı mənbəyə əsaslandığını qeyd etməmişlər və faktları təsdiq edən sübutları dərc etməmişlər.
Deryaz.az saytının əlaqə məlumatları belədir:   Mətbuat prospekti 529-cu məhəllə, "Azərbaycan nəşriyyatı" 2-ci mərtəbə
Tel: (012) 510 1520,Mob: (051) 516 6636 / (070) 700 7078
Email:[email protected],  Baş direktor: Habil Tağıyev
   Həmin kütləvi informasiya vasitələrində yayılmış məlumatlar tamamilə əsassızdır, yalandır, qərəzlidir, şər-böhtandır.
Onların yaydığı qərəzli, əsassız, qanunsuz şər-böhtan xarakterli məlumatlara görə biz həm iş yerlərimizdə, həm cəmiyyətdə, gündəlik həyatımızda, qohum-dost və qonşular arasında rüsvay olmuşuq və mənəvi iztirab və mərhumiyyətlər yaşayırıq . 
Onların bu hüquqazidd hərəkətləri KİV haqqında Qanunun tələblərinə Jurnalistikanın qaydalarına da ziddir.
Bu rüsvayedici, böhtan və təhqir xarakterli  məlumatlar yayıldıqdan sonra sağlamlığımızda, əsəb-psixoloji vəziyyətimizdə də pozulma halları baş vermiş və sağlamlığımızın pozulma, pisləşmə halları davam etməkdədir.
    Bizimlə bərabər övladlarımız Toğrul və Türqay da bu qanunsuzluqlardan əziyyət çəkməklə öz cəmiyyətləri arasında rüsvay olmuş və onların da sağlamlığı, səhhəti, və psixologiyaları  pozulmaqdadır. 
 Şikayətimizin digər hüquqi əsasları isə onlardan ibarətdir ki, Habil Cahan oğlu Tağıyev  bizim barəmizdə  kütləvi-informasiya vasitələrində, internet informasiya ehtiyatlarında  “şər-böhtan xarakterli, yəni qəsdən nalayiq formada, yalan olduğunu bilə-bilə mənim  şərəf və ləyaqətimi ləkələyən və ya bizi nüfuzdan salan, bizi  ağır cinayət etməkdən ittihamedici  məlumatları yaymış və şərəf və ləyaqətimizi  nalayiq formada qəsdən alçaltmışdır
Biz bu barədə aidiyyatı üzrə hüquq-mühafizə orqanlarına şikayətlər etmişik və məhkəməyə həm xüsusi ittiham qaydasında, həm də şərəf-ləyaqətin müdafiəsi ilə bağlı müraciətlər edəcəyik.
Sizdən xahiş edirəm ki, vətəndaş olaraq, bizə qarşı onların peşə fəaliyyəti ilə uyğun gəlməyən edilən qanunsuz hərəkətlər etmiş Habil Cahan oğlu Tağıyevin və  bizimxeber.tv   KİV orqanının rəhbərliyi haqqında qanunsuz hərəkətlərinin  işıqlandırilmasına köməklik edəsiniz.


Hörmətlə:
1.   Bayramov Bayram Ruzman oğlu və
2.   Mustafayeva Afaq Rafayıl qızı
 16.06.2023-cü il.   
  Əlaqə telefonu: 055-534-67-58


Tarix: 17-06-2023, 06:56 Oxunub: 594


Bölməyə aid digər xəbərlər