Zəfər Qurultayı 22-23 apreldə Şuşada keçiriləcək



“Bütün Qurultaylarda həmişə növbəti qurultayın Şuşada keçirilməsini arzu edirdik”.

ATİA.AZ-ın  məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında Diasporla İş üzrə Dövlət Komitəsinin sədrinin birinci müavini Valeh Hacıyev bildirib.
Valeh Hacıyev deyib ki, Dünya Azərbaycanlılarının V Qurultayı 22-23 apreldə Şuşada keçiriləcək: “Bu, Zəfərdən sonra keçirilən Dünya Azərbaycanlılarının ilk Qurultayıdır. Şuşada keçiriləcək Qurultay Zəfər Qurultayı olacaq. Azərbaycanın, Türk Dünyasının mədəniyyət paytaxtında keçiriləcək Qurultayda bundan sonra diasporun fəaliyyətini müəyyənləşdirəcək mühüm qərarlar qəbul ediləcək”.


Tarix: 20-04-2022, 13:17 Oxunub: 138


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı