Qadın müdir sevgilisinə evlilik təklifi etdi - FOTO


Türkiyənin Bursa şəhərində qeyri-adi  evlilik  təklifi  olub. 
ATİA.AZ Türkiyə KİV-ə istinadən xəbər verir  ki, gənc qadın 5 aydır birlikdə olduğu sevgilisinə evlilik təklifi edib.  Belə ki, dənizin ortasında gəmidə sürpriz hazırlayan Nilay Bay sevgilisinin qarşısında diz çökərək, “Mənimlə evlənərsən?”, – deyə  sual verib.  25 yaşlı  Muratcan Sarı Nilayın bu təklifinə “Hə” cavabını  verib.

Maraqlısı  budur ki,  qadının bu hərəkəti  sosial mediada gündəm mövzusuna  çevrilib.  Sosial media istifadəçiləri Nilay Bayın bu  hərəkətini alqışlayıb.  Bundan sonra cütlük yerli KİV-lərdən birinə açıqlama verib. Nilay bildirib ki,  sevgilisi  Muratcanla 5 ay əvvəl tanış olub.  M.Sarı Nilayın müdiri olub. Onlar arasında münasibət 5 ay əvəl başlayıb. Nilay həmçinin gənc qızlara  müraciət edərək,  “Dünyanın güclü və cəsur qadınlara ehtiyacı var. Hər bir gənc qız öz arzusunu gerçəkləşdirə bilər” –  deyə bildirib.
M. Sarı  isə “Bu mənim üçün gözənilməz oldu. Fərqi yoxdur təklifi ya mən, ya da o etdi. Əsas odur biz xoşbəxtik!”, – deyə açıqlamasında bildirib.


Tarix: 23-12-2021, 16:22 Oxunub: 356


Bölməyə aid digər xəbərlər
14-03-2021, 21:21 Azərbaycanda qadın olmaq...