13:34 / 12-11-2024
COP29 ilk uğura imza atdı
Hacı Loğman Qorqudun sənət bağçasından bir yarpaq.....

VAR, LƏLƏ

Hər başın tutumu, hər ağlın gücü,
Hər bir işin yolu, fəndi var, lələ.
Hər üzün boyası, qaşın sürməsi,
Hər biləyin bazubəndi var, lələ.

Məzhəb ki var, dinimizin ləkəsi,
Söz bir deyil iki islam ölkəsi.
Nə olsun ki, Mədinəsi, Məkkəsi,
Bakı, Təbriz Səmərqəndi var, lələ.

Cəhalətdən ayılmadıq hələ biz,
İşdən qara, üzdə gülür rəngimiz,
Alət olan əllərində dinimiz,
Neçə-neçə Şeyx, Əfəndim var, lələ.

Dünya canlı bir şüurdu, bir bədən, 
Dərk etmirik bu hikməti biz nədən? 
Bu Şerimin çox mətləblər gizlədən,
Yazılmamış neçə bəndi var, lələ.

Sən Loğmanı düşünsən də piyada,
Aşkarını gedəmməzsən röyada,
Quran əcəb nizam qurub dünyada,
Kor atın da kor nalbəbdi var, lələ.

Hacı Loğman Qorqud


Tarix: 18-01-2021, 20:20 Oxunub: 282


Bölməyə aid digər xəbərlər