Azərbaycanda qətl - tanışını bıçaqlayaraq öldürdü


     Avqustun 27-i saat 13 radələrində Sumqayıt şəhəri ərazisində 2000-ci il təvəllüdlü Pərvin Dadaşovun öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
 
   Bu  barədə  Sumqayıt   şəhər prokurorluğundan məlumat verilib.
Aparılan araşdırmalarla zərərçəkmişin tanışı, 2000-ci il təvəllüdlü Səftər Bünyətovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Pərvin Dadaşovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
   Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Səftər Bünyətov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.



Tarix: 27-08-2022, 14:59 Oxunub: 106


Bölməyə aid digər xəbərlər