Bakıda intihara cəhdin qarşısı alındı

Bakının Xətai rayonunda intihara cəhd olub.
ATİA.AZ  bildirir ki, Nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, 1 nəfər tikilməkdə olan binanın 6-cı mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.
FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.


Tarix: 18-11-2021, 08:10 Oxunub: 94


Bölməyə aid digər xəbərlər