Sədərəkdəki partlayışda həlak olan mülki şəxslərin fotoları

Bu gün Sədərək rayonunun Qaraağac kəndi ərazisində Ermənistan tərəfindən vaxtilə atılmış hərbi sursatın partlaması nəticəsində həlak olan 1951-ci il təvəllüdlü Vilayət Həsən oğlu Rzayev və 1970-ci il təvəllüdlü Adəm Həsən oğlu Əliyevin fotoları yayılıb.

Qeyd edək ki, sursat partlayışı nəticəsində həlak olan mülki şəxslər Sədərək rayon qəbiristanlığında dəfn olunublar. Mərasimdə həlak olanların yaxınları, ailə üzvləri, rayon sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.


Tarix: 28-04-2024, 22:33 Oxunub: 115


Bölməyə aid digər xəbərlər