Qazaxda 20 Yanvar faciəsinin 34-cü ildönümü qeyd edilib

     Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da 20 Yanvar faciəsinin 34-cü ildönümü qeyd edilib. Rayonda hüzn əlaməti olaraq dövlət bayraqları endirilib.
    Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı ziyarət olunub, şəhidlərimizin xatirəsinə ucaldılmış memorial abidə kompleksinin önünə tər qərənfillər düzülüb. Vətən uğrunda canından keçən bütün şəhidlərimizin ruhuna dua oxunub, əziz xatirələri ehtiramla anılıb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qazax rayon filialının, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Qazax rayon şöbəsinin əməkdaşları, üzvləri, şəhid ailələri, ictimaiyyət nümayəndələri şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanına gələrək Ümumxalq Hüzn Günündə 20 Yanvar şəhidlərinin, eləcə də torpaqlarımızın azadlığı uğrunda canlarından keçən bütün şəhidlərimizin əziz xatirələrini yad edib, memorial önünə tər qərənfillər düzərək, şəhidlərimizə olan ehtiramlarını bildiriblər.
     Qafqaz Müsəlmanları İdarəsinin Qazax bölgə qazısı, Qazax "Cümə” məscidinin imamı İlham Süleymanov torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən Vətən oğullarının ruhlarına yasin oxuyub, şəhidlərimizin ruhuna hörmət və ehtiram ifadə olunub. Vətən uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirələri ehtiramla anılıb.
    Bakı vaxtı ilə saat 12:00-da respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da şəhidlərin xatirəsi birdəqiqəlik sükutla yad olunub. Küçələrdə hərəkət dayandırılıb, səs siqnalları verilib.


Orxan Səfərli


Tarix: 20-01-2024, 19:46 Oxunub: 256


Bölməyə aid digər xəbərlər