15:18 / 28-05-2024
Sabah 33 dərəcə isti olacaq
15:11 / 28-05-2024
Ronaldo yenə rekord qırdı
14:35 / 28-05-2024
Bu ərazilərdə su olmayacaq
13:16 / 27-05-2024
“Qalatasaray” çempion!
Azərbaycanda yeddi nəfərin prezidentliyə namizədliyi qeydə alınıb

      Mərkəzi Seçki Komissiyası (MSK) daha dörd nəfərin prezidentliyə namizədliyini qeydə alıb. Bununla bağlı MSK-nın bu gün keçirilən iclasında qərar qəbul edilib. Qərar barədə MSK katibi Arifə Muxtarova məlumat verib.
      Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyevin prezidentliyə namizədliyi qeydə alınıb. Bununla da prezidentliyə namizədliyi qeydə alınan şəxslərin sayı 7-yə çatıb. Buna qədər MSK İlham Əliyev, Zahid Oruc və Razi Nurullayevin prezidentliyə namizədliyini qeydə almışdı. 
      Azərbaycanda 2024-cü ilin fevralın 7-də növbədənkənar prezident seçkisi keçiriləcək.


Tarix: 9-01-2024, 16:40 Oxunub: 76


Bölməyə aid digər xəbərlər