30 ildir söz verilib düzəlməyən yol etiraza səbəb oldu - VİDEO

Göyçayın Ulaşlı-Şıxlı kəndinin 3 min nəfərə yaxın əhalisi illərdir yolsuzluq sarıdan əziyyət çəkir.
Uzunluğu təqribən 4 kilometr olan yolun istismar müddəti başa çatdığından sakinlər hər gün əzab-əziyyətə qatlaşmalı olurlar. 
Sakinlər deyirlər ki, 30 ildir rayonun icra başçıları söz versələr də, problem aradan qaldırılmır.
“Dekabrın axırına qədər yolun asfaltlanacağı deyilmişdi. Sonra isə vaxtı martın 1-nə kimi uzatdılar”, - deyə kənd sakini qeyd edib. 
Məsələ ilə bağlı Göyçay Rayon İcra Hakimiyyəti başçısının Potu kənd inzibati ərazi nümayəndəliyindən bildirilib ki, yolun asfaltlanması Dövlət Proqramında nəzərdə tutulub, maliyyə vəsaiti ayrılan kimi təmirə başlanılacaq.
Daha ətraflı Baku TV-nin süjetində:


Tarix: 15-02-2023, 14:01 Oxunub: 124


Bölməyə aid digər xəbərlər