93 saat sonra eyni anda 9 nəfər tapıldı

Türkiyənin Hatay bölgəsinin İskenderun rayonunda 9 nəfər bir binanın dağıntıları altında eyni anda sağ aşkarlanıb.
Möcüzə zəlzələdən 93 saat sonra baş verib.
Tapılan şəxslərin adları da məlum olub. Onlardan 6-sı Oqtay ailəsinin üzvləridir.
Məlumata görə, xilasedicilər həmin şəxslərin hər biri ilə əlaqə yarada bilib, onların dağıntılar altından çıxarılması üçün 5 saatdır işlər davam etdirilir. Hazırda isə zəlzələdənkeşən  101 saatdan sonra 6 nəfər dağıntılar altından çıxarılıb. Digərlərinin xilas edilməsi ilə bağlı işlər davam etdirilir.


Tarix: 10-02-2023, 10:47 Oxunub: 142


Bölməyə aid digər xəbərlər
13-02-2021, 12:10 Oqtay Əsədov həbs edilir?
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı